İstanbuldakı sinaqoqların siyahısı
Wikimedia siyahısı məqaləsi / From Wikipedia, the free encyclopedia
İstanbuldakı sinaqoqlar — Bizans imperiyası dövründə şəhərə ilk gələn yəhudilərin dini ehtiyacları üçün qurulan ibadət yerləridir. Sənədlərdə qeyd olunur ki, İstanbulda ilk sinaqoq e.ə.318-ci ildə misgərlərlə məşğul olan yəhudilərin yaşadığı Halkopratiya məhəlləsində tikilmişdir.[1][2][3] Bu sinaqoq, II Feodosi dövründə kilsəyə çevrilsə də, hər dövrdə şəhərin müxtəlif yerlərində sinaqoqlar varlığını davam etdirmişdir. 1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra yəhudilər İstanbulda öz varlıqlarını davam etdirdilər. Osmanlı imperiyası 1492-ci ildə İspaniyadan sürgün edilən yəhudilərə sığınacaq verdiyi üçün, Osmanlı torpaqlarında yəhudilərin sayı xeyli artdı.[3][4] Türkiyədə cümhuriyyət elan edildikdən sonra ölkənin hər yerindən çoxlu yəhudi İstanbulda məskunlaşdı.
Hazırda Türkiyədə 20 minə yaxın yəhudi olduğu düşünülür. Onların təxminən 18 mini İstanbulda yaşayır. İstanbuldakı yəhudilərin əksəriyyəti ispan əsilli Səfərad yəhudiləri və 500-ə yaxın Aşkenazi yəhudiləri var.[5] Türkiyə baş ravvinliyi türk yəhudilərinin qanuni təmsilçiliyini öz üzərinə götürüb. Baş Rabbinatın qərargahı İstanbulda yerləşir. Baş ravvinliyin səlahiyyətini tanımayan və muxtar icma təşkil edən karaimlərin sayı isə 80-ə yaxındır.[5]
Bütün Türkiyədə olduğu kimi İstanbulda da sinaqoqlar vəqf statusuna malikdir. İstanbulda yəhudi icmasının ibadətlərini yerinə yetirmələri üçün davamlı olaraq xidmət edən 20 sinaqoq var. Onlardan 3-ü yalnız yay aylarında açıq olur. İstanbulun ən qədim sinaqoqları XV əsrdən bəri davamlı olaraq istifadə edilən Ahrida və Yanbol sinaqoqlarıdır.[5]
İstanbulda yəhudi icmasının istifadəsi üçün ayrılmış 8 dəfn yeri var. Bunlar Kuzquncuq, Hasköy, Ortaköy, Ulus, Şişli, Bağlarbaşı, Acıbadəm və Kilyosda yerləşir.[5] Kilyosda 1991-ci ildə icmaya ayrılan qəbiristanlıq ərazisi icmanın ən yeni dəfn ərazisidir.[6][7]