İstanbul Texniki Universiteti
From Wikipedia, the free encyclopedia
İstanbul Texniki Universiteti (türk. İstanbul Teknik Üniversitesi, İTÜ) — Türkiyənin dövlət universitetlərindən biri. Dünyanın mühəndis hazırlayan ilk universitetlərdən biri hesab olunur.
İstanbul Texniki Universiteti | |
---|---|
İstanbul Teknik Üniversitesi[1] | |
Şüar | Əsirlərdir müasir[2] |
Əsası qoyulub | 1773 |
Tip | Dövlət universiteti |
Tələbə sayı | 15.358[3] |
Ölkə | |
Sayt | itu.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Zəngin tarixə malik İstanbul Texniki Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda qərar tutub. Osmanlı imperiyası dövründə yenilikçilik funksiyasını öz üzərinə götürən universitet cümhuriyyət zamanında da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr vermişdir. Türkiyənin bir çox zavod, fabrik və xüsusilə də İT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyi danılmazdır. İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir.