From Wikipedia, the free encyclopedia
İsmayıl Hüseyn oğlu Axundov (2 (15) aprel 1907, Maştağa, Bakı qəzası – 13 sentyabr 1969, Krakov) — Azərbaycan SSR xalq xəssamı, ictimai xadim, kitab qrafikası ustası.[1]
İsmayıl Axundov | |||
---|---|---|---|
1947 – 1952 | |||
Əvvəlki | Mürsəl Nəcəfov | ||
Sonrakı | Baba Əliyev | ||
1940 – 1944 | |||
Əvvəlki | Vəzifə təsis edildi. | ||
Sonrakı | Nüsrət Fətullayev | ||
Şəxsi məlumatlar | |||
Doğum tarixi | 2 (15) aprel 1907 | ||
Doğum yeri | |||
Vəfat tarixi | 13 sentyabr 1969 (62 yaşında) | ||
Vəfat yeri | |||
Təhsili |
|
||
Fəaliyyəti | rəssam | ||
|
|||
Təltifləri |
|
||
Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayan İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı Rəssamlıq Məktəbini bitirdikdən (1928) sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq təyinatla Bakıya göndərilib və "Azərnəşr"də rəssam işləyib. Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Uzun müddət "Kirpi" satirik jurnalında işləyib.
Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini çəkib. Bu teatrda İ938-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun "Yanar dərə", Səməd Vurğunun "Vaqif", 1944-cü ildə Cəfər Cabbarlının "1905-ci ildə", 1955-ci ildə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasının tamaşalarında geyim rəssamı olub. 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi addımını atıb. Bundan sonra AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", 1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın "Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının "Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov", 1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.
Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanınış Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", Səid Rüstəmovun "Durna" (dramaturq Süleyman Rüstəm), Fikrət Əmirovun "Gözün aydın" (dramaturq Məhərrəm Əlizadə), Nəriman Məmmədov və Tofiq Bakıxanovun "Məmmədəli kurorta gedir" (dramaturq Atif Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib.
İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratınası baxımından səciyyəvidir.
İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat edib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.