"İslam milləti" (ing. Nation of Islam) — 1930-cu ildə Miçiqan ştatının Detroyt şəhərində Volles Fərd Məhəmməd tərəfindən qurulan afroamerikalıların siyasi və dini hərəkatı. "İslam milləti" məzhəbi İslam dəyərlərinə əsaslanmasına baxmayaraq ənənəvi İslamdan çox fərqlidir. Təşkilatın əsas məqsədi ABŞ afroamerikalıları və bütün insanlığın mənəvi, sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. O, Amerika mətbuatı tərəfindən qara irqçilikdə[1], yəhudi təşkilatlar da daxil olmaqla bəzi təşkilatlar tərəfindən isə ekstremizm və nümayişkaranə antisemitizmdə günahlandırılır.[2][3][4][5]

Cəld faktlar Yaranma tarixi ...
İslam milləti
Nation of Islam
Thumb
Thumb
Thumb
Yaranma tarixi 4 iyul 1930
noi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

1934-cü ilin iyun ayında Fərd Məhəmmədin itkin düşməsindən sonra, "İslam millətinə" Eliyah Məhəmməd rəhbərlik etməyə başladı. O, Məhəmməd İslam Universiteti, Amerika və xaricdə bir sıra müəssisələr, evlər və daşınmaz əmlak kimi yeni ibadət yerləri yaratdı[6] və həmçinin təşkilatın ən məşhur liderinə çevrildi. Bununla birlikdə Elaycanın oğlu Varit Din Məhəmməd və məşhur ideoloq və zəncilərin hüquqları uğrunda mübarizə aparan Malkolm İks "İslam milləti" ideologiyasından sünni məzhəbinin lehinə imtina etdilər, çünki İslamın təməl dəyərləri istənilən nasist ideologiyası növünə zidddir. Təşkilatın indiki lideri Luis Fərraxandır və əsas qərargahı "İslam milləti" məbədi olaraq adlandırılan Çikaqo şəhərindəki Məryəm adına məsciddə yerləşir.

Təşkilat ayrıca The Final Call qəzetini nəşr etdirir. "İslam milləti", üzvlərinin sayı haqqında rəsmi məlumat yayımlamır, bununla belə New Yorks Times, saylarının 20.000–50.000 arasında olduğunu təxmin edir, baxmayaraq ki, saylarının daha çox olduğuna dair fikirlər irəli sürülür.[7] "İslam milləti" üzvlərinin böyük əksəriyyəti ABŞ-dədır, Kanada, Böyük Britaniya, Fransa, Yamayka, Trinidad və Tobaqoda da kiçik cəmiyyətləri mövcuddur.

Məşhur üzvləri

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.