From Wikipedia, the free encyclopedia
1988-ci ildə İranda siyasi məhbusların edamı — İranda Ayətullah Xomeyninin əmri ilə 19 iyul 1988-ci ildən başlayaraq bütün İran hakimiyyəti tərəfindən həyata keçirilmiş və təxminən beş ay davam etmiş edamlar seriyası.[1][2][3][4][5][6] Qətllər ölkənin ən azı 32 şəhərində baş vermiş,[7] öldürülənlərin sayı 2,500-dən 30,000 nəfərə qədər[8][9][10][11] olmuşdur. Onların çoxu işgəncələrə məruz qalmışdır.[7][12][13]
İranda siyasi məhbusların edamı | |
---|---|
Başlama tarixi | iyun 1988 |
Bitmə tarixi | dekabr 1988 |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Öldürülənlərin əksəriyyəti İran Xalq Mücahidləri Təşkilatının tərəfdarları idi, lakin digər solçu qrupların, o cümlədən İran Xalq Fədailəri Təşkilatı və İran Tudə Partiyasının tərəfdarları da var idi.[14][15]:209-228
Qətllər qanundan kənar baş tutmuş və məhkəmələr müttəhimlərin təqsir və ya təqsirsizliyini müəyyən etmək məqsədi daşımamışdır.[16] Qətlləri ört-basdır etmək üçün böyük səylər göstərilmiş və İran hökuməti onların baş verdiyini inkar etməyə davam edir.[17] Qətliam insan haqları təşkilatları tərəfindən "İranın insanlığa qarşı ən böyük cinayəti" adlandırılmışdır.[17] Bu, həm miqyası, həm də ört-basdır edilməsi baxımından müasir İran tarixində misli görünməmiş haldır.[15]:201 Bu hadisə İranın Ali Rəhbərinin müavini Ayətullah Müntəziri,[18] BMT-nin İnsan Hüquqları Şurası,[19] İsveç,[20] Kanada[21] və İtaliya kimi bir sıra ölkələr tərəfindən qınanmışdır.
Zərərçəkənləri ölümə məhkum edən "Tehran Ölüm Komitəsi"nə dörd nəfər daxil idi:[22]
Onların dördü də edamlarına görə heç vaxt mənfi nəticələrə məruz qalmamışlar.[22]
1988-ci ildə Evin və Göhərdəşt həbsxanalarında kütləvi edamlarda iştirak edən keçmiş SEPAH məhbusu Həmid Nuri İsveçdə saxlanılmış və tezliklə günahkar bilinmişdir.[24]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.