From Wikipedia, the free encyclopedia
İran–Ermənistan sərhədi — İran və Ermənistan arasında dövlət sərhədi. Ermənistan-İran sərhədi Araz çayı boyunca uzanır, uzunluğu 35 km-dir. Bu həm Ermənistan, həm də İran üçün ən qısa dövlət sərhədidir[1]. Lakin bunun Ermənistan üçün böyük iqtisadi əhəmiyyəti vardır. İki ölkə bir qaz kəməri və Araz üzərindəki bir körpü ilə birləşdirilir[2]. Ermənistanda sərhəd yaxınlığında Meğri və Əkərək şəhərləri var. Ermənistan Respublikası tərəfdən olan sərhəddə, İran turistlərinin Ermənistanı ziyarət etdiyi “Karçevan” nəzarət-buraxılış məntəqəsi var. İran İslam Respublikasının tərəfində "Norduz" nəzarət-buraxılış məntəqəsi yerləşir. Sərhəd Azərbaycanın Naxçıvan Muxatriyyatı ilə sərhəd qovaşağından başlayır və Azərbaycanın Zəngilan rayonu istiqamətdə İranla sərhəd qovşağına qədər davam edir[3].
İran–Ermənistan sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Tarixi | |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrdə Qafqaz bölgəsi feodal dağınıqlıq dövrü yaşayırdı. Osmanlı, Fars və Rusiya İmperiyası arasında arasında hərbi poliqona çevrilən regionda Rusiyanın mövqeyi güclənməkdə idi[4]. Rusiya-Fars müharibəsi və ondan sonra imzalanan Gülüstan müqaviləsi nəticəsində Rusiya indiki Azərbaycan ərazilərinin çox hissəsini əlinə keçirir. İran və Azərbaycan (Naxçıvan bölməsi istisna olmaqla) arasında müasir sərhəd olan sərhəd çəkilir[4][5][6]. Rusiya-İran müharibəsindən və bundan sonra imzalanan Türkmənçay müqaviləsindən sonra İran Naxçıvanı və Zəngəzuru Rusiyaya vermək məcburiyyətində qalır. Sərhəd Araz boyunca Osmanlı İmperiyası ilə sərhəd qovşağına qədər uzadılır və beləliklə sərhəd tamamilə formalaşır. Daha sonra bu sərhəd Azərbaycan-İran və İran–Ermənistan sərhəddinə çevrilir[4][7][6].
Rusiyada 1917-ci il inqilabından sonra Cənubi Qafqaz xalqları 1918-ci ildə Zaqafqaziya Demokratik Federal Respublikasını elan etdilər və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başladılar. Daxili fikir ayrılıqları Gürcüstanın 1918-ci ilin mayında federasiyadan ayrılmasına, daha sonra isə Ermənistan və Azərbaycan tərəfindən izlənilməsinə səbəb olur. 1920-ci ildə Sovet ordusu Azərbaycanı işğal edir. Bununlada ərazi bütövlüyü üşün tətdid yartanır. 1922-ci ildə üç dövlət SSRİ-nin bir hissəsi olaraq Zaqafqaziya SFSR-yə daxil edilir. Daha sonra 1936-cı ildə isə bu federasiya yenidən bölünür. Əslində Zəngəzurun Ermənistana verilməsi ilə bu sərhəd formalaşır.
1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ermənistan müstəqillik qazanır və ona İran-Sovet sərhədindəki hərbi infrastruktur miras qalır. 19 Mart 2007-ci il tarixində sərhəd yaxınlığındakı Əkərək şəhərində iki ölkənin prezidentləri Robert Köçəryan və Mahmud Əhmədinejadın iştirak etdiyi İran-Ermənistan qaz kəmərinin təntənəli açılış mərasimi keçirilir[8][9].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.