İranın İsrailə zərbələri (2024)
13 aprel 2024-cü il hava hücumu / From Wikipedia, the free encyclopedia
13 aprel 2024-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yəmənin Husi silahlı qruplaşması və İranın dəstəklədiyi Suriya və İraqdan olan silahlı qruplaşmalar ilə koordinasiyalı Hərbi Pilotsuz Uçuş Aparatları, qanadlı və ballistik raketlərdən istifadə edərək "Doğru vəd əməliyyatı" (fars. قول صادقانه)[14][15] kod adlı İsrailə hücumu. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir.[16] Bu, İran-İsrail münaqişəsi başlayandan bəri iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
İranın İsrailə zərbələri | |||
---|---|---|---|
İsrail-İran münaqişəsi, İsrail–Həmas müharibəsi | |||
| |||
Tarix | 13–14 aprel 2024[1] | ||
Yeri | İsrail, İordan çayının qərb sahili, İordaniya, İraq və Suriya | ||
Vəziyyəti |
Davam edir |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
14 aprel səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz kimi qiymətləndirir. İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.
BMT Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə fövqəladə iclas keçirib.