Azərbaycanın Milli Qəhrəmanı From Wikipedia, the free encyclopedia
İqor Vladimiroviç Makeyev (27 oktyabr 1971, Kirovabad – 2 avqust 1992, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]
İqor Makeyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 oktyabr 1971 |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 1992 (20 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Döyüşlər | |
Təltifləri |
İqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1979-cu ildə 39 saylı məktəbə getmiş, 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edir və burada çavuş məktəbində təhsil alır.
Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : "Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!" İqor Makeyev belə də etdi…O, evdən xəbərsiz Bakıya gəlir Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılır bununla da onun cəbhə həyatı başlayır.
1992-ci il 5 iyun ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər İqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi tutsalar da döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşmuşdur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına şəhid oldu.[2]
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.