![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0a/CHODZKO%25281839%2529_p547_JOACHIM_LELEWET%252C_HISTORIEN_ET_ARCHEOLOGUE_%2528cropped%2529.jpg/640px-CHODZKO%25281839%2529_p547_JOACHIM_LELEWET%252C_HISTORIEN_ET_ARCHEOLOGUE_%2528cropped%2529.jpg&w=640&q=50)
İoaxim Lelevel
From Wikipedia, the free encyclopedia
İoaxim Lelevel (22. 3. 1786, Varşava-29. 5. 1861, Paris) —Polşa tarixçisi, ictimai xadim. 1808-ci ildə Vilno Universitetini bitirmiş, 1815-1818-ci il və 1821-1824-cü illərdə həmin Universitetin tarix kafedrasının müdiri işləmişdir. Gizli vətənpərvər təşkilatlarla əlaqə saxlamış, Polşa üsyanı (1830-1831) zamanı müvəqqəti hökumətin tərkibinə seçilmiş, üsyanın məğlubiyyətindən sonra Fransaya mühacirət etmişdi. Lelevel çarizmə qarşı birgə mübarizəyə çağıran "Rus qardaşlara" məktubuna görə 1833-cü ildə Fransadan sürgün edilmiş və Brüsselə köçərək burada inqilabi fəaliyyətini davam etdirmişdi. Lelevel Polşa tarixşünaslığında romantik məktəbin banisidir. Lelevel Polşanın siyasi tarixinə dair bir sıra əsərin müəllifidir.[1]
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
İoaxim Lelevel | |
---|---|
pol. Joachim Lelewel | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Varşava |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Paris |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
![]() |
|
![]() |
Bağla