![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/Materialien_f%25C3%25BCr_plexus_an%25C3%25A4sthesien.jpg/640px-Materialien_f%25C3%25BCr_plexus_an%25C3%25A4sthesien.jpg&w=640&q=50)
İntraskalenar blokada
From Wikipedia, the free encyclopedia
İntraskalenar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə çiyin oynağının süni protezlə əvəz ediməsi, çiyin oynağının bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq boyun nahiyəsindən — döş-körpücük-məməyəbənzər əzələnin bayır kənarı ilə adəm almasından çəkilən nəzəri xəttin kəsişən nöqtədən xüsusi iynə vasitəilə pilləli əzələlərin — lat. Musculi scaleni arasından daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul pilləli əzələlərarası inyeksiya olduğuna görə intraskalenar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir.