İntervertebral yırtıq
From Wikipedia, the free encyclopedia
Fəqərəarası (İntervertebral) yırtıq (disk yırtığı) lifli halqanın bütövlüyünün pozulması nəticəsində fəqərəarası diskin nüvəsinin onurğa kanalına çıxması (ekstruziyası) olur.
Fəqərəarası yırtıq | |
---|---|
| |
XBT-10 | M51.2 |
XBT-9 | 722.0-722.2 |
OMIM | 603932 |
DiseasesDB | 6861 |
MedlinePlus | 000442 |
eMedicine | orthoped/138 radio/219 |
MeSH | D007405 |
Vikianbarda əlaqəli mediafayllar |
Lomber-sakral onurğanın fəqərəarası disklərinin yırtıqları daha çox (ildə 100.000 əhaliyə 150 hal), boyun onurğasında və torakal fəqərələrdə ise daha az rast gəlinir.
Yırtıqlar nadir hallarda cərrahi müdaxilə tələb edir, lakin buna baxmayaraq hər il ABŞ- da 200.000-dən çox, Almaniyada isə 20.000-dən çox müdaxilə edilir. 48% hallarda yırtıqlar lumbosakral bölgənin L5-S1 səviyyəsində, 46% hallarda — L4-L5 səviyyəsində, qalan 6% — digər səviyyələrdə və ya lumbosakralın bir neçə səviyyəsində lokallaşır. Nisbətən yüngül vəziyyət — lifli halqanın qırılmadan intervertebral diskin nüvəsinin çıxıntısı protruziya adlanır.