![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0a/Ingur_Hydroelectric_Power_Station.jpg/640px-Ingur_Hydroelectric_Power_Station.jpg&w=640&q=50)
İnquri SES
Qafqazın ən böyük su elektrik stansiyası / From Wikipedia, the free encyclopedia
İnquri su-elektrik stansiyası — Qafqazın ən böyük su-elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür.[1] Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir.[2][3][4]
Cəld faktlar Ümumi məlumatlar, Çay ...
İnquri SES | |
---|---|
İnquri su-elektrik stansiyası | |
![]() İnquri bəndi | |
![]() | |
Ümumi məlumatlar | |
Çay | İnquri |
Sahibi | Gürcüstan hökuməti |
Status | İşlək |
Tikilmə tarixi | 1978 |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 4430 mln. kVt⋅s |
Elektrik enerjisi gücü | 1300 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Əsas qurğular | |
Bənd tipi | dəmir-beton |
Bəndin hündürlüyü | 271,5 m |
Bəndin eni | 728 m |
Yerləşməsi | |
42°45′31″ şm. e. 42°01′53″ ş. u. | |
Ölkə |
![]() |
Yer | İnquri çayı üzərində |
![]() |
Bağla