İnna Şevçenko
Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının liderlərindən biri / From Wikipedia, the free encyclopedia
İnna Valeryevna Şevçenko (ukr. Інна Валеріївна Шевченко ; 23 iyun 1990[1], Xerson) — Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının liderlərindən biri. Patriarxata, diktatura, din və seks-industriyaya qarşı etiraz mitinqlərində yarıçılpaq geyimi ilə diqqət çəkir.[2][3] O, 2011-ci ildə Belarus DTK-sı tərəfindən qaçırılan və təhdid edilən üç FEMEN fəalı qrupunun lideri idi.[4] 2012-ci ildə motorlu mişarla Kiyevin mərkəzində dörd metrlik xaçı kəsərək Ukraynada diqqəti özünə cəlb edib.[5]
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
İnna Şevçenko | |
---|---|
ukr. Інна Степанівна Шевченко | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyun 1990(1990-06-23)[1] (34 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | qadın hüquqları fəalı[d], siyasətçi, yazıçı |
![]() |
Bağla
2013-cü ildə Şevçenko Fransadan siyasi sığınacaq alıb. Hazırda o, Parisdə yaratdığı FEMEN France təşkilatına rəhbərlik edərək etiraz fəaliyyətini davam etdirir.[6]