İlham İsmayıl oğlu Əliyev (7 aprel 1934, Bakı12 dekabr 2002) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqının prezidenti (1992–2002), Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar arxitektoru (1979).

Cəld faktlar Azərbaycan Memarlar İttifaqının sədri, Əvvəlki ...
İlham Əliyev
Thumb
1992 12 dekabr 2002
ƏvvəlkiMikayıl Useynov
SonrakıAbbas Ələsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 7 aprel 1934(1934-04-07)
Doğum yeri
Vəfat tarixi 12 dekabr 2002(2002-12-12) (68 yaşında)
Təhsili

Təltifləri
"Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979
"Şöhrət" ordeni  — 2000
Bağla

Həyatı

İlham Əliyev 1934-cü il aprel ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq şöbəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayaraq, ömrünün 30 ilini bu institutla bağlamış və burada kiçik elmi işçi, baş elmi işçi, şəhərsalma şöbəsinin müdiri, institutun elmi katibi və direktor müavini vəzifələrində çalışmışdır.

1966-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olan İlham Əliyev 1992-ci ildən ömrünün sonunadək bu ittifaqa rəhbərlik etmişdir.

İlham Əliyev 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində vəfat etmişdir.[1]

2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri İlham Əliyevə həsr edilmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • "Şöhrət" ordeni — 19 aprel 2000

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.