İkinci Dünya müharibəsi
From Wikipedia, the free encyclopedia
İkinci Dünya müharibəsi və ya İkinci Cahan savaşı — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki baş verən hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.
İkinci Dünya müharibəsi | |||
---|---|---|---|
Tarix |
1 sentyabr 1939 — 2 sentyabr 1945 (6 il, 1 gün) |
||
Yeri | Avropa, Sakit okean, Atlantika, Hind okeanı, Cənubi-Şimali Asiya, Çin, Yaponiya, Orta Şərq, Cənubi Afrika, Şərqi Afrika, Mərkəzi Afrika, Avstraliya, Şimali və Cənubi Amerika | ||
Səbəbi | Alman revanşizmi, italyan faşizmi, yapon şovinizmi | ||
Nəticəsi |
Antihitler koalisiyasının qələbəsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İkinci Dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.
2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.
Bu müharibə dünya siyasətinin və beynəlxalq hüququn dönüş nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması və müharibə əleyhinə beynəlxalq mexanizmlər meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı qərb ölkələrinin başında, SSRİ isə sosialist ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.
Müharibə 1945-ci ildə Antihitler koalisiyasının qələbəsi ilə başa çatdı və beləliklə də, dünya siyasi xəritəsi dəyişikliyə məruz qaldı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar üçün zəmin formalaşdı.