İdealizm (beynəlxalq münasibətlər)
From Wikipedia, the free encyclopedia
İdealizm — xarici siyasət kontekstində milli dövlətin öz daxili siyasi fəlsəfəsini beynəlxalq məsələlərdə davranış və ritorikasının məqsədinə çevirməli olduğunu hesab edən yanaşma. İdealistlər hesab edirlər ki, ölkədə yoxsulluğa son qoyulması xaricdə yoxsulluqla mübarizə ilə birləşdirilməlidir. Həm ABŞ daxilində, həm də onun hüdudlarından kənarda ABŞ Prezidenti Vudro Vilson geniş şəkildə idealizmin erkən müdafiəçisi və onun praktik mənasının kodlaşdırıcısı hesab olunur. Qeyd olunan xüsusi tədbirlərə məşhur "On dörd maddənin"nin verilməsi daxildir.