From Wikipedia, the free encyclopedia
İşim çayı (qaz. Есіл) — Qazaxıstan və Rusiya ərazisindən axan, İrtış çayının sol və ən uzun qolu. Çayın hövzəsinin sahəsi 177 000 km²[1][2], uzunluğu 2450 km-dir[1]. İllik su sərfiyyatı 76,0 kub. m³/san-dir[3]. İşim çayı İrtış çayının sol qolu olaraq, onun 1016 km-liyində çaya tökülür[1].
İşim | |
---|---|
rus. Ишим, qaz. Есіл | |
| |
Ölkələr | |
Mənbəyi | Qazaxıstan alçaq təpəliyi |
Mənsəbi | İrtış çayı --> Kara dənizi |
Uzunluğu | 2450 km |
Su sərfi | 3000 m³/san |
Su hövzəsi | 177000 |
Hövzəsinin sahəsi | 177000 km² |
|
|
DSR[rus.] | 14010300212115300008071 |
Vikianbarda əlaqəli mediafayllar |
Xalq arasında belə rəvayət vardır ki, tatar xanının oğlu Kuçum İşim adsız bir çayda boğulmuşdur. Sonradan çayın adı onun şərəfinə verilir. Üstəlik "İşimak" sözü Tatar dilindən tərçümədə "uçurulmuş"[3] mənasını verir.
Çay öz başlanğıcını Qazax alçaq dağlığından götürür. Çay 775 km məsafədə şərqdən qərbə doğru axır. Yuxarı axarlarda çay əsasən şimal-qərb, qərb istiqamətinə yönəlir. Çay Astananın yaxınlığında cənub-qərbə yönəlir. 1578 km-də Derjavinsk şəhəri yaxınlığında çay istiqamətini tamamən dəyişərək meredian üzrə cənubdan şimala yönəlir. Çay Qərbi Sibir düzənliyinə çıxır və burada İşim düzənliyi ilə axaraq İrtış çayına tökülür (Ust-İşim kəndi yaxınlığında).
Çayın qidalanmasında başlıca rolu qar oynayır. Çay noyabr ayında donur və apreldə buzdan azad olur. Orta illik sərfiyyat 1,11 m³/saniyədir[4].
Çayın axdığı ərazidə qış şaxtalı və soyuq, yayı isə istidir. Ən soyuq ay yanvar, isti ay isə iyuldur. Qışda minimal temperatur -49°, yayda isə +40 °C təşkil edir. İlin cəmi 180-200 günü 0 °C-dən yüksək olur. Aprel ayından etibarən hər gün temoeratur 0.5 °C artır.
İşim çayının hövzəsi 177 000 km²[1] təşkil edir ki, bununda 20% Rusiya ərazisində yerləşir. Qolları (Qazaxıstan): sağ — Koluton, Jabay, Akan-Burluk, İmanbulık, sol — Terisakkan; (Rusiya) sağ — Karasul, İk, sol — Barsuk.
Çayın sahilində Qazaxıstanınn paytaxtı olan Astana şəhəri yerləşir. Sahilində yerləşən şəhərlər: Atbasar, Jabay, Esil, Derjavinsk, Serqeevka, Petropavl (Qazaxıstan) və İşim (Rusiya).
Çayın suyu iri şəhərlərin içməli suya olan tələbatın ödənilməsində istifadə edilir. Naviqasiya üçün Petrapavlovskdan Serqeevski suanbarına qədər olan 270 km məsafədə yararlıdır. Üstəlik balıq məhsullarının isteksalı məqsədi ilə yararlıdır[2].
İşim çayının suları güçlü şəkildə çirklənmişdir. Aşağı axarlarda neftlə çirklənmə 6, dəmirlə 7-4 dəfə normanı keçir[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.