Ümumi yuxu arteriyası (lat. arteria carotis communis; carotis lat. caroo sözündən götürülmüşdür mənası "yuxuya salır" deməkdir.) başı qanla təchiz edən "şah" damar. Avstriya anatomu Yozef Hirtl ümumi yuxu arteriyasını "baş arteriyası" adlandırmışdır. Ümumi yuxu arteriyası sağ tərəfdən bazu-baş kötüyündən və sol tərəfdə aorta qövsündən başlayaraq nəfəs borusu ilə qida borusunun yan tərəfləri ilə yuxarı doğru gedir və qalxanabənzər qığırdağın yuxarı kənarı bərabərində iki uc şaxəyə bölünür. Ümumi yuxu arteriyasının zan şaxələri yoxdur.
Ümumi yuxu arteriyası | |||
---|---|---|---|
| |||
Arteriya diaqramı | |||
Latınca | a. carotis communis | ||
Qrey | subyekt 143 549 | ||
Başlanır | Aorta qövsü, Bazu-baş kötüyü | ||
Şaxələri | Daxili yuxu arteriyası, Xarici yuxu arteriyası | ||
Vena | Daxili vidaci vena | ||
Embrional | Aorta qövsü | ||
MeSH | Carotid+Artery,+Common | ||
Şaxələri
- lat. arteria carotis externa — xarici yuxu arteriyası
- lat. arteria carotis interna — daxili yuxu arteriyası
Ümumi məlumat
Ümumi yuxu arteriyaları (sağ və sol) müxtəlif mənbələrdən başladıqları üçün sol tərəfdəki sağ tərəfdəkindən təxminən 2–3 sm uzundur. Bunlar başlanan uclarında bir-birinə yaxındırlar, yuxarı getdikcə əksinə bir-birilərindən uzaqlaşıb nəfəs borusu və qırtlaq vasitəsilə ayrılırlar və bu nahiyədə boyun üzvləri çox qabağa çıxdıqları üçün dərində yerləşirlər. Sol ümumi yuxu arteriyasının başlanan ucu sağ tərəfdəkindən orta xəttə yaxındır və aorta qövsündən başlandığı üçün döş sümüyündən uzaqdır. Onların aşağı hissələri qabaq tərəfdən döş-körpücük-məməyəbənzər və döş-qalxanabənzər əzələlər ilə əhatə olunmuşdur. Ümumi yuxu arteriyası dəri üzərində döş-körpücük oynağından məməyəbənzər şıxıntı ilə çənə şaxəsinin dal kənarı arasında olan məsafənin ortasına kimi çəkilən cizgi üzrə proyeksiya olunur və nəbzi həmin cizgi üzərində təyin edilir. Ümumi yuxu arteriyasının xarici və daxili arteriyalara bölünən yerində iki törəmə vardır: yuxu cibi və yuxu yumağı.
Yuxu cibi
Yuxu cibi — lat. sinus caroticus daxili yuxu arteriyasının başlanan yerində olan bir genişlikdir. Onun əzələ qişası nazik, xarici qişası qalın və elastiki liflər ilə zəngindir. Xarici qişada xüsusi sinir ucları – reseptorlar vardır ki, onu karotid refleksogen məntəqə adlandırırlar. Yuxu cibinin divarlarının qıcıqlandırılması refleks hadisələri törədir:
- ürəyin işi yavaşıyır;
- ucqar damarlar genəlir, nəticədə qan təzyiqi enir.
Buna oxşar törəmə aorta qövsü divarında da təsadüf edilir.
Yuxu yumağı
Yuxu yumağı — lat. glomus caroticuni uzunluğu 5 mm və eni 3mm çəhrayı rəngli törəmə olub, ümumi yuxu arteriyanın haçalanan yerində yerləşir və bir neçə paycıqdan ibarətdir. Bu yumaq simpatik sinir sisteminə aiddir. Bəzi məlumatlara görə qanın kimyəvi və qaz tərkibinin dəyişməsinə müvafiq olaraq müəyyən reaksiya törədirŞ buradan qıcıq dil-udlaq siniri şaxələri vasitəsilə mərkəzə verilir və nəticədə reflektor surətdə tənəffüs dəyişir.
Mənbələr
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.