Ümumdünya sərgisi
1851-ci ildən bəri müxtəlif şəhərlərdə keçirilən beynəlxalq sərgi / From Wikipedia, the free encyclopedia
Ümumdünya sərgisi və ya Ekspo, Expo — xalqların nailiyyətlərini nümayiş etdirmək üçün beynəlxalq sərgidir. Bu sərgilər xarakterə görə fərqlənir və dünyanın müxtəlif yerlərində keçirilir. Sənayeləşdirmə simvolu olan beynəlxalq sərgi, texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün açıq platformadı.
1928-ci ildə Beynəlxalq Sərgilərə dair Konvensiyanın qüvvəyə minməsi ilə Beynəlxalq Sərgilər Bürosu Ümumdünya sərgisi üçün beynəlxalq idarəedici orqan kimi xidmət edir. Beynəlxalq Sərgilər Bürosu tərəfindən təsdiqlənmiş sərgilər üç növdən ibarətdir: universal, beynəlxalq və bağçılıq. Onlar adətən üç həftədən altı aya qədər davam edirlər.