Ümumdünya QİÇS Günü
From Wikipedia, the free encyclopedia
Ümümdünya QİÇS Günü (ing. World AIDS Day) - 1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilən gün.[1] Ümümdünya QİÇS Günü eyni zamanda virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş şəxslərin xatirələrinin anılması günü kimi də qeyd olunur. BMT üzvü olan dövlətlər tərəfindən adətən QİÇS-in yoluxma yolları ilə bağlı kütləvi informasiya vasitələrindən məlumatlar verilir və tədbirlər təşkil olunur.
Ümümdünya QİÇS Günü | |
---|---|
| |
Qeyd olunmağa başlayıb | 1 dekabr 1987 |
Tarix | 1 dekabr |
Vikianbarda əlaqəli mediafayllar |
Ümümdünya QİÇS Günü Ümumdünya Səhiyyə Təşkilatının tibb dünyası ilə bağlı təşkil etdiyi səkkiz beynəlxalq gündən biridir. 1995-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən QİÇS probleminə diqqəti cəlb etmək üçün deklorasiya imzalanmışldır.[2] 2013-cü ilin məlumatına əsasən virusun ilk aşkarlandığı 1981-ci ildən 2012-ci ilə qədər Qazanılmış İmmun Çatışmazlığı Sindromunun səbəb olduğu xəstəliklərdən 36 milyon insan vəfat etmiş, 35.3 milyon insan isə HİV daşıyıcısı kimi həyatlarına davam etməkdədir.[3]
Son illər dünya səviyyəsində aparılan təbliğat kompaniyaları nəticəsində virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınmışdır. Yeni növ dərman preparatlarının kütləvi istifadəyə verilməsi də virusun proflaktikasında yeni ümidlər yaratmaqdadır. Bütün bunlara baxmayaraq QİÇS hər il 2 milyondan çox insanın ölümündə əsas səbəb kimi olmaqda qalır və bu insanlardan 270 mindən çoxu uşaqlardır.[4]