![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/81/Ulvi_Hasanli.webp/640px-Ulvi_Hasanli.webp.png&w=640&q=50)
Ülvi Həsənli
Azərbaycan jurnalisti və siyasi fəalı / From Wikipedia, the free encyclopedia
Ülvi Həsənli (tam adı: Ülvi Fəxrəddin oğlu Həsənov; d. 10 avqust 1987, Kirovabad) — Azərbaycan jurnalisti və siyasi fəalı. O, əvvəllər Dalğa Gənclər Hərəkatı, Azad Gənclik Təşkilatı, Demokratik Qüvvələrin Milli Şurası və NİDA Vətəndaş Hərəkatı kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Həsənli hal-hazırda "AbzasMedia"nın rəhbəridir.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Ülvi Həsənli | |
---|---|
![]() | |
Doğum tarixi | 10 avqust 1987(1987-08-10) (36 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, siyasi fəal[d] |
Üzvlüyü |
Bağla
Fəaliyyət göstərdiyi dövrdə çoxlu təzyiqlər ilə üzləşən Həsənli 2023-cü ilin noyabr ayında saxlanılmış və cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilmişdir.