From Wikipedia, the free encyclopedia
Ülkər İdman Arena (türk. Ülker Spor ve Etkinlik Salonu) — İstanbulun Ataşəhər ilçəsində Fənərbaxça İK-yə ev sahibliyi edən idman salonu.
Ülkər İdman Arena | |
---|---|
| |
Keçmiş adı | Ülker Sports Arena |
Yeri | Ataşəhər, İstanbul, Türkiyə[3] |
Tikilib | 1 sentyabr 2009 | )
Açılış tarixi | 25 yanvar 2012 | )
Tikinti xərcləri | 200.000.000 ₺ |
Memar | Ömerler Architecture[4][5] |
Sahibi | Fənərbaxça İK |
Tamaşaçı tutumu |
13,800 (basketbol) 15,000 (konsert) |
Ev sahibi komanda | Fənərbaxça İK |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Fənərbaxça İdman Klubunun kişi və qadın basketbol komandalarına ev sahibliyi etdiyi basketbol matçlarında daim istifadə olunur. Ataşəhərdəki bu arenada basketboldan başqa 15.000 nəfərlik konsert zalı da istifadə olunur. İdman tədbirləri ilə yanaşı, burada konsert tədbirləri, səhnə şouları, konfranslar və xüsusi tədbirlər də təşkil olunur.
Salonda oynanan ilk matç 25 yanvar 2012-ci ildə Fənərbaxça Ülkər - EA7 Emporio Armani basketbol qarşılaşması olmuşdur. Salonun sahibi və operatoru Fənərbaxça İdman Klubudur.[6]
Layihəsi Ömerler Architecture[7] və Design Development Group tərəfindən hazırlanan Ülkər İdman Arenasının ümumi tikinti sahəsi 67.000 m², əsas salonun hündürlüyü isə 28 metrdir. İkinci mərtəbənin dayaqlarında 360 dərəcə LED ışığı var. Salonda çəkisi 28 ton olan tablo yerləşir. Bu tablo Avropanın ən böyük tablosu sayılır. Arenada 6 soyunma otağı və 5 kiçik soyunma otağı mövcuddur.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.