Üçrəngli
From Wikipedia, the free encyclopedia
Üçrəngli və ya trikolor, bayraqşünaslıqda üç üfüqi və ya şaquli zolaqları olan bayraqlara aiddir. Hər bir zolaq eyni və ya fərqli rənglərdə ola bilər. Bəzi üçrəngli bayraqların mərkəzi hissələrində isə müxtəlif emblemlər və ya simvollar ola bilər.
XVI əsrdə respublikaçılıq, azadlıq və inqilabın simvolu kimi meydana çıxmışdır. Ən qədim üçrəngli bayraq, daha sonralar Fransa və Rusiya bayraqlarına ilham vermiş olan Hollandiya bayrağından gəlir.[1][2]
- Şahzadənin bayrağı (hollandca: Prinsenvlag) kimi də adlandırılan birinci üçrəngli bayraq, hələ də istifadə edilən və bir çox qırmızı-ağ-mavi üçrəngli bayraqlara ilham verən Hollandiya bayrağının ən qədim versiyasıdır.
- Bu gün də istifadə olunan və bütün dünyada tanınan ən qədim üçrəngli bayraq olan Hollandiya bayrağı.
- Fransız inqilabındansonra istifadə edilmiş olan və dünyanın bir çox ölkələrinin bayraqlarına təsir etmiş şaquli üçrəngli Fransa bayrağı.