Üçüncü Səlib yürüşü
From Wikipedia, the free encyclopedia
Üçüncü Səlib yürüşü, 1189-1192-ci illər arasında baş vermiş Səlib yürüşüdür.Səlahəddin Əyyubi Qüdsü Səlibçilərdən aldıqdan sonra Avropada yeni bir Səlib yürüşü təşkil edildi. Üçüncü Səlib yürüşü (1189-1192) Böyük xristian liderlərinin (İngiltərə, Fransa və Müqəddəs Roma İmperiyası) 1187-ci ildə Səlahəddin tərəfindən Qüdsü zəbt etməsindən sonra müqəddəs torpağı yenidən alma cəhdi idi. Akre və Yaffa'nın ən əhəmiyyətli şəhərlərini geri alması və Səlahəddin fəthlərinin əksəriyyətini geri alması qismən müvəffəq oldu, lakin Səlib yürüşünün və dini diqqətinin əsas hədəfi olan Qüdsü geri ala bilmədi.[12]
Üçüncü Səlib yürüşü | |||
---|---|---|---|
Səlib yürüşləri | |||
Sentqothard döyüşünü təsvir edən naməlum bir Bavariya rəssamının tablosu (1665) | |||
Tarix | 1187-1192-ci illər | ||
Yeri | Yaxın Şərq (Anadolu, Levant, Fələstin) | ||
Nəticəsi |
Ramla müqaviləsi Silahsız xristianlar Qüdsü tərk etdi, şəhər müsəlmanların nəzarətində qaldı. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
![]() |
Alman imperatoru təxminən yüz min nəfərlik ordusu ilə Anadoluya girdi. Gözlənilməz bir müdafiə ilə qarşılaşan və ağır itkilər verən Alman imperatoru I Fridrix Barbarossa Silifkedə boğulduqda ordusu dağıldı. Dəniz yolu ilə hərəkət edən Fransız və İngilis səlibçiləri Səlahəddin Əyyubini məğlub edə bilməyib geri döndülər.[13]
Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatmışdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru Fridrix Barbarossa 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı.[14] 1190-cı ildə isə Fransa kralı II Filip Avqust və İngiltərə kralı I (Şir ürəkli) Riçard yola çıxdı. İki kral birlikdə Akkanı 1191-ci ildə ələ keçirdi. Lakin burada baş verən mübahisəyə görə, II Filipp Fələstini tərk edərək Fransaya qayıtdı. Akkada, bəzi məlumatlara görə sayları 900-3000 arasında dəyişən müsəlman əsirini öldürən Riçard nə qədər çalışsa da, Qüdsü ələ keçirə bilmədi və 9 oktyabr 1192-ci ildə Fələstini tərk etdi. Beləliklə Üçüncü səlib yürüşü də nəticəsiz bitmişdi. Səlib yürüşü Avropaya bir çox yeniliklər gətirdi. İnsanlar gigiyenaya riayət etməyə, müntəzəm surətdə çimməyə, şəkərdən istifadə etməyə, ipək paltarlar geyməyə, ipək xalılardan istifadəyə, çini qablar, şüşə məmulatları, müxtəlif ədviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə dəyişdirdi. Qəsrlərdə gizli yollar, müdafiə qüllələri və başqa yeniliklər Avropada yayılmağa başladı.