Üçüncü Reyx
1933-1945-ci illərdə Nasist Partiyasının nəzarəti altında Almaniya ərazisinin rəsmi adı / From Wikipedia, the free encyclopedia
Üçüncü Reyx (alm. Drittes Reich; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
dağılıb | |||||
Üçüncü Reyx | |||||
---|---|---|---|---|---|
alm. Deutsches Reich | |||||
|
|||||
«alm. Ein Volk, ein Reich, ein Führer ("Bir millət, bir imperiya, bir rəhbər")» |
|||||
Himn: Das Lied der Deutschen |
|||||
|
|||||
Paytaxt | Berlin | ||||
Dilləri | alman dili | ||||
Rəsmi dilləri | Alman dili | ||||
Dövlət dini | Dünyəvi dövlət | ||||
Ərazisi | 696,265 km² (1941-ci ildə) | ||||
Əhalisi | 90,030,775 (1941-ci ildə) | ||||
İdarəetmə forması | Respublika,Tək Partiyalı Sistem | ||||
Dövlət başçıları | |||||
Prezident | |||||
• | Paul fon Hindenburq (1933 — 1934) | ||||
Fürer | |||||
• | Adolf Hitler (1934 — 1945) | ||||
Prezident | |||||
• | Karl Dönits (1945) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır.
Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm. Tausendjähriges Reich) adlandırılırdı.
Üçüncü reyx Adolf Hitlerin rəhbərlik etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyasının hakimiyyəti ilə sıx bağlıdır. Hitler üçüncü reyxin bütün hakimiyyəti ərzində onun yeganə reyxskansleri və fürer olmuşdur.