Özalçılıq
From Wikipedia, the free encyclopedia
Özalçılıq və ya özalizm (türk. Özalcılık) — 1983–1989-cu illərdə Türkiyənin Baş naziri və 1989–1993-cü illərdə Türkiyə Prezidenti olmuş Turqut Özalın iqtisadi və sosial baxışlarına və siyasi üslubuna bağlılıq. Özalçılıq Özaldan sonra baş nazir olan və iqtisadi görüşlərini qismən davam etdirən İldırım Ağbulud və Məsud Yılmazın dövrlərini əhatə etmək üçün də istifadə edilir.