Ölülər kitabı
From Wikipedia, the free encyclopedia
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur. "Ölülər kitabı" külliyatının çoxlu papirus mətnləri Fiv şəhərindəki kahinlərin və onların ailə üzvlərinin qəbr sərdabələrindən və sarkofaqlarından tapilmışdır. Bu papirus əlyazmaları incə səhnələrlə: ayin, axirət dünyası, qiyamət günü rəsmləri ilə bəzədilmişdir Bundan başqa külliyyatın XXVI sülalə dövrünə aid köhnə mətnlərin üzü köçürülmüş, təzədən işlənilmiş və səliqəyə salınmış Sait kitab versiyası da mövcuddur.
Misir heroqliflərində Ölülər kitabı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Heroqlif | ||||||||
Transkripsiyası | Er nu peret em xeru | |||||||
Mənası | İşığa doğru qalxma | |||||||
Qədim Misir Ölülər kitabınıdan təsvirlər, Britaniya muzeyi | ||||||||