![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ca/Reliefkarte_Aserbaidschan_2023.png/640px-Reliefkarte_Aserbaidschan_2023.png&w=640&q=50)
Çovdar qızıl yatağı
From Wikipedia, the free encyclopedia
Çovdar qızıl yatağı — Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.[1]
Cəld faktlar
Çovdar qızıl yatağı azərb. Çovdar qızıl yatağı | |
40°35′42″ şm. e. 46°05′28″ ş. u. | |
Ölkə | ![]() |
Rayon | Daşkəsən |
Kəşfi | 1998 |
Ehtiyatı | 51 100 t |
Hasilatçı: | AzerGold |
Daşkəsən yer xəritəsi hələ yoxudur. |
Bağla
Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir.