Çovdar mahmızı
From Wikipedia, the free encyclopedia
Çovdar mahmızı (lat. Claviceps purpurea) — fungi aləminin ascomycota şöbəsinin sordariomycetes sinfinin hypocreales dəstəsinin clavicipitaceae fəsiləsinin claviceps cinsinə aid göbələk növü.
Çovdar mahmızı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Holomycota Ranqsız: Zoosporia Aləm: Yarımaləm: Dikarya Şöbə: Ranqsız: Saccharomyceta Yarımşöbə: Pezizomycotina Ranqsız: Leotiomyceta Ranqsız: Sordariomyceta Sinif: Sordariomycetes Yarımsinif: Hypocreomycetidae Dəstə: Hypocreales Fəsilə: Mahmızkimilər Cins: Mahmız Növ: Çovdar mahmızı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur.
Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir.
Çovdar mahnuzı mühüm praktiki əhəmiyyət kəsb edir. O, müxtəlif taxıl bitkiləri, xüsusən çovdar sünbüllərində parazit həyat tərzi keçirir, bitkinin çiçək yatağında inkişaf edərək mitseli, konididaşıyıcılar və şəffaf təkhüceyrəli konidilər əmələ gətirir. Onun bu dövrü sfaseliya adlanır. Bitkilərin yoluxımış hissəsindən həşəratları özünə cəlb edən şirin şirə ifraz olunur ki, nəticədə konidilər həşərat vasitəsilə sağlam bitkilərə keçərək xəstəliyi yayırlar. Konidilər inkişaf edən zaman mitseli yığılaraq yumurtalığın alt hissəsində tünd-bənövşəyi rəngli mahmızabənzər sklerotsilər əmələ gəlir. Onlar yetişdikcə torpağa tökülüb orada qışlayır və ikinci ilin yazında inkişaf edərək iki hissədən: 20-30 ədəd uzun ayaqcıq və yumru qırmızımtıl başdan ibarət stromalar əmələ gətirir. Başın səthində kiçik məsaməli, ellipsvarı boşluğa malik çoxlu sayda peritetsi yerləşir. Onun 8 ədəd telşəkilli askosporu olan uzunsov kisələri vardır. Parafizlər yoxdur. Kisələr yetişdikdə məsamədən xaricə çıxır, sporlar külək vasitəsilə çiçəkləyən taxıl bitkilərinə gətirilir və yenidən burada inkişaf edirlər. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O, bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibbdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür, qanaxma dayanır. Həmin maddələr şiddlətli zəhərlənmələr verir.