Çipevayanlar
From Wikipedia, the free encyclopedia
Çipevayanlar (kri dilində "dəriləri iti uclu olanlar"; özlərini d e n e – "insanlar" adlandırırlar) – Kanadada şimali atapasklar qrupundan olan ən çoxsaylı hindi xalqı (şm.-q. əraziləri, Manitoba, Saskaçevan və Alberta əyalətləri). Bir sıra rayonlarda krilərlə birlikdə yaşayırlar. Sayları 11 min nəfərdir. Çipevayan dilində (şivələri vardır) danışırlar. Həmçinin kri və ingilis dilləri yayılmışdır. Dindarları xristiandır. Ənənəvi animistik inanclar da saxlanılmışdır.