Çini
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çini və ya Fəğfur (türk. farfur, fağfur, fars. fəğfur, rus. farfor) — su və qaz keçirməyən keramika növu. İlk dəfə Çində yarandığı üçun ölkəmizdə "Çini" adıyla məşhudur. Taxta çubuqla yüngülcə vurulduqda, özunə xarakterik yüksək tonlu aydın bir səs çıxarır. Məhsulun forma və qalınlığından asılı olaraq ton fərqli ola bilər.
İngilis dilli ədəbiyyatdakı "çini" terminini ifadə etmək üçun istifadə edilən "porcelain" ( / ˈp ɔ ː r s ə l ɪ n /) termini, tez-tez tibbi və texniki keramika üçün istifadə olunur.
Çini kaolin (Al 2 O 3 * 2SiO 2 * 2H 2 O), kvars (SiO 2), feldispat (seriya K [Alsi 3 O 8] — Na [Alsi 3 O 8] — Ca [Al 2 Si 2 O 8 ]) və plastik gil (əsasən kaolin, ionların daxilolmaları ilə — xromoforlar ) qarışdırılaraq bişirilmə yolu ilə əldə edilir.
Çini kütləsinin tərkibinə görə yumşaq və sərt olmaqla iki qrupa bölünür. Yumşaq çini sərt çini ilə təkcə kimyəvi tərkibində deyil, həm də daha aşağı atəş temperaturu ilə, həm də artan kövrəklik və temperatur dalğalanmalarına qarşı həssaslıqla fərqlənir.
Sərt çini məhsulunun tərkibinə 47–66% kaolin, 25% kvars və 25% səhra şpatı daxildir, kaolin (gil-torpaq) və yoxsul flüslərlə zəngindir. Lazımi tərkib və sıxlıq əldə etmək üçün daha yüksək temperaturda (1400 C-dən 1460c-ə qədər) bişirmək lazımdır.
Ən sərt çini növu, sümük çini sayılır. Onun tərkibinə 50% sümük kül, eləcə də kaolin, kvars, və s. Var, və s. daxildir . Sərt çini ümumiyyətlə texnologiyada (elektrik izolyatorları) və gündəlik həyatda (qablarda) istifadə olunur.
Yumşaq çini kimyəvi tərkibi baxımından daha müxtəlifdir və 25–40% kaolin, 45% kvars və 30% feldispatdan ibarətdir. Bişmə temperaturu 1300–1350 °C-dən çox deyil. Yumşaq çini əsasən sənət məhsullarının istehsalı üçün istifadə olunur. Sevr çini manufakturasında 18-ci əsrdə, onlar yumşaq və ya Frit çini (kaolin olmadan) istifadə edirdilər. Onun tərkibi isə kvars qumu, selitra, süfrə duzu, soda, şap və gipsdən ibarət olurdu. Belə bir kütlə pat tandr ( fr. pâte tendre — yumşaq kütlə) adlanırdı və aşağı ərimə temperaturuna malik olurdu. Onun tərkibi şüşəyə yaxındır. 3:1 nisbətində suvaq və ya təbaşir əlavə edilməsi ona həqiqi çini xatırladan ağ rəng verir.
Çini ilk dəfə Çində, miladın VII əsrində baş verib. Çini qabların ixtirası dulusçuluqda mühüm addım idi. Lakin çinlilər bir çox ixtira və kəşfləri kimi, çininin də hazırlanması texnologiyasını gizli saxlayırdılar. Bunun nəticəsi idi ki, çini qablar ilk zamanlarda çox da geniş yayılmamışdı. Farforun Çində ixtira olunması təsadüfi deyildir. Burada gil materialının ən yaxşı növünü almaq üçün zəngin təbii ehtiyatlar var idi. Farslar Çin imperatorunu "Faqfur" adlandırırdılar ki, bu da "allahın oğlu" mənasını verir. Buradan da həmin söz Şərq və Qərb ölkələrində yayılmışdı. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda farfor qablara sonradan çini qablar (yəni çin qabları) adı verilmişdir.[1]
Yuan sülaləsi dövründə və keramika məhsulunun uzun müddət inkişaf etməsi və təkmilləşdirilməsinin nəticəsində çini qablar bütun dünyada məşhurlaşır. Artıq o dövrdə Jingdezhen şəhəri Çində, çini istehsalı üçün aparıcı mərkəzə çevrilməyə başlayır. Bir neçə əsrdir (Avropada çini istehsalının ixtirasından əvvəl) Çin, çini istehsalında əsas inhisarçı idi və bunları Avropa, Cənub-Şərqi Asiya, İran və Orta Şərqə ixrac edirdi. Ming sülaləsindən kobalt boya ilə rənglənmiş çini, Avropa hökmdarları və zadəganlarının heyran qaldığı və tez-tez kolleksiyalarını bəzəyən bir məhsula çevrilir.
9–12-ci əsrlərdə Çinə qonşu olan Monqolustan, Vyetnam və Koreyada insanlar çini qablar ilə tanış olmağa başlayır. XVI əsrdən bəri Çinli sənətkarlar həddindən artıq sırlı emaye boyası ilə çini bəzəməyə başladılar. Çində çini istehsalı, Tzin sülaləsinin ilk imperatorları dövründə öz məşhurluğunun zirvəsinə çatır, lakin 18-ci əsrin sonunda Çində çini sənəti zəifləməyə başlayır və 19-cu əsrdə praktik olaraq əhəmiyyətini itirir.
Çinilərin istehsal sirrini tapmaq cəhdləri təxminən iki əsr boyunca İtaliya, Fransa və İngiltərədə edilmişdir. Lakin nəticə, qeyri-müəyyən şəkildə çiniyə bənzəyən və şüşəyə daha yaxın olan materiallar olurdu. Yalnız 1708-ci ildə Sakson təcrübəçiləri Kirnaus və Boettger çoxsaylı və bir neçə uğursuz cəhdlərdən sonra, Avropada ilk çini (Meissen ) məhsulunu əldə etməyi bacardılar.[2]
1707-ci il dekabr ayının sonunda, ağ çini ilə bir sınaq bişirlməsi edilir. İstifadə edilə bilən çini qarışıqlarına dair ilk laboratoriya qeydləri 15 yanvar 1708-ci ilə aiddir. 24 aprel 1708-ci ildə Drezdendə Avropada ilk çini fabrikinin yaradılmasına qərar verilir və 1710-cu ildə fabrik yaradılır.[3] 1708-ci ilin iyul ayında atılan ilk çini nümunələri şirəsiz olur. 1709-cu ilin martına qədər Böttger problemi həll edir və 1710-cu ilə qədər şirəli çini nümunələrini krala təqdim edilir.
Ancaq hələ də Avropada əsl çini hələ də kəşf edilməmiş idi. Müasir anlayışında bir elm kimi kimya hələ mövcud deyildi. Nə Çində, nə Yaponiyada, nə də Avropada keramika istehsalı üçün xammal hələ kimyəvi tərkibi baxımından müəyyən edilə bilmirdi.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olmuşdur. Bu sənət hazırda da qalmaqdadır. Ətraf ərazilərdən əldə edilən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfıyyəti olan saxsı və farfor məhsullarına çevrilirdi.
Ötən əsrin ortalarından başlayaraq farfor istehsalı geniş vüsət alıb. 1970-ci illərdə Gəncə Çini Qablar Zavodu fəaliyyətə başlayıb və burada çini-keramika məhsulları, əsasən qablar istehsal edilib.[1]
Milli keramika sənətindən söz açanda onun təşəkkülündə xidməti olanların sırasında Sadıq Sadıqovun da adı hörmətlə çəkilir. Keramikaçı-rəssamın milli bədii keramika ənənələri ilə tanınmasını, onu yaradıcı şəkildə inkişaf etdirməsini rəssamın hazırladığı çini vazalarda görmək mümkündür. Onun dahi Nizamiyə və "Xəmsə"nin qəhrəmanlarına həsr etdiyi vazalar həm orijinal formasına, həm də səthi bəzəyən təsvirlərin şux rənglərinə görə diqqət çəkir.[1]
Keramikaçı rəssam Zahid Hüseynovun da əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında və beynəlxalq sərgilərdə, eyni zamanda Rumıniya, Çexoslovakiya, Macarıstan, Almaniya, İtaliya, Türkiyə, Latviya, Gürcüstan, Litva və s. ölkələrdə nümayiş etdirilmiş, sənətkarın özü isə bir sıra beynəlxalq simpoziumların iştirakçısı olmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.