Çimcilban
Koreya saunası / From Wikipedia, the free encyclopedia
Cimcilbanq — ənənəvi Koreya saunası. Qaynar və quru olub ənənəvi olaraq şam ağacının da istifadə edildiyi və daşdan hazırlanan dairəvi günbəz formalı buxar sobasının qızdırıldığı saunaya deyilir. Bu, təxminən 50~90 dərəcə arasında olan aşağı temperaturlu saunanın əsas götürüldüyü sağlamlıq müəssisəsidir. Əsasən Cənubi Koreyanın böyük şəhərlərində daha çox rast gəlmək olur və hazırda dünyanın müxtəlif ölkələrində geniş yayılmaqdadır. Əksəriyyəti 24 saat açıq olduğu üçün hətta bəzən qonaqlama yeri olaraq da istifadə olunur. Yaşından, cimcilbanqın yerindən asılı olaraq ödəniş məbləği dəyişir. Gecə günorta saatlarına nisbətən adətən ödəniş daha yüksək olur. Münasib qiymətə qonaqlamaq mümkün olduğu üçün səyahət edən insanlar çox istifadə edirlər və nadir hallarda bir neçə həftə və ya bir neçə ay olaraq uzunmüddətli qonaqlamaq olur.