Çikusey
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çikusey (筑西市, Chikusei-shi?) — Yaponiyanın Kanto regionunun şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 28 mart 2015-ci ildə qurulmuşdur.
Çikusey | |
---|---|
yap. | |
36°18′25″ şm. e. 139°58′59″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Kanto regionu]] |
Prefektura | [[İbaraki prefekturası]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 28 mart 2005 |
Sahəsi | 205,30 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 104,136 nəfər (2015) |
Sıxlığı | 507 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Digər | |
city.chikusei.lg.jp (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 104.36 nəfərdir, hər km² ərazidə 507 nəfər yaşayır. Şəhərin sahəsi 205,3 km²-dir.
Edo dövründə müasir Çikusey şəhərinin ərazisi Tokuqava şoqunatının hanlarından biri olan Şimodate hanı tərəfindən idarə olunurdu. 1 aprel 1889-cu ildə Meyci islahatı nəticəsində bələdiyyə sisteminin işə düşməsindən sonra İbarakinin Makabe qəzasında Şimodate qəsəbəsi yaradılmışdır. 15 mart 1954-cü ildə Şimodateyə şəhər statusu verilmişdir.
Müasir Çikusey şəhəri 28 mart 2005-ci ildə Şimodate şəhəri ilə Akeno, Kyova və Sekico qəsəbələrinin (hamısı Makabe qəzası) birləşdirilməsi nəticəsində yaranmışdır.
Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionununda, İbaraki prefekturasının cənub-qərbində, Tsukuba dağının qərbində yerləşir. Şimaldan Toçiqi prefekturası ilə həmsərhəddir. Şəhərin içi ilə Kinuqava və Kokayqava çayları axır. Tokionun işgüzar hissəsinindən 70 km şimalında yerləşir.
2015-ci ilin məlumatına görə şəhərin əhalisi 104.36 nəfərdir, hər km² ərazidə 507 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[2]
|
Şəhərin becərdiyi əsas məhsullar koşihihikari (düyü), naşi (şaftalı), kiçik yemiş, xiyar, çiyələk və pomidordur.
Çikusey şəhərində 20 ibtidai məktəb, 7 orta məktəb və 4 lisey var.
Şəhərin simvolik ağacı sakura, simvolik gülü Pyrus pyrifolia və kosmeya, simvolik quşu kənd qaranquşu hesab olunur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.