Çerkası vilayəti
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çerkası vilayəti (ukr. Черкаська область) — Ukraynanın mərkəzində yerləşən vilayət.
Bu məqalə Çerkası vilayəti haqqındadır. eyni adlı şəhəri haqqında məqaləyə keçmək üçün Çerkası səhifəsinə baxın. |
Çerkası vilayəti | |
---|---|
Черкаська область | |
49°26′41″ şm. e. 32°03′37″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Çerkasi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 7 yanvar 1954 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | UA-71 |
Telefon kodu | 47 |
Avtomobil nömrəsi | 24, CA |
Rəsmi sayt Rəsmi sayt |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 20,9 min km2 [2].
Əhalisi 1,3 milyon (2006). 20 rayonu, 16 şəhəri, 15 ştq. var. Mərkəzi Çerkası şəhəridir.[2]
Çerkası vilayəti Dnepr çayının orta axınının hər iki sahilində yerləşir. Sağsahil hissəsini, əsasən, Dneprboyu yüksəklik (maksimum hündürlüyü 270 m), solsahil hissəsini isə Dneprboyu ovalıq tutur. İqlimi mülayim kontinentaldır. Orta temperaturu yanvarda – 5,9 °C, iyulda 19,5 °C-dir. İllik yağıntı 450–560 mm. Ən böyük çayı Dneprdir. Kremençuq və Kanev su anbarlarının bir hissəsi Çerkası vilayətindədir. Əsasən, qara, boz, çəmən və çimli torpaqlar yayılmışdır. Ərazinin təqribən 1/6-i meşədir. Sığır, maral, cüyür, çöldonuzu, sincab, canavar, tülkü, dovşan, dələ, qunduz, susamuru, ördək, cüllüt və s. var.[2]
Sənaye istehsalının strukturunda yeyinti sənayesi (39,9%), kimya sənayesi (26,9%), maşınqayırma və metal emalı (8%), yüngül sənaye (1,5%) üstünlük təşkil edir. Kömür, elektrik enerjisi hasil edilir; kimya sənayesi üçün mineral gübrələr, kimyəvi liflər, lak-boya materialları, kimyəvi reaktivlər, həll edicilər, polimer pərdə, dərman preparatları, ammonyak; emal sənayesi üçün hesablama texnikası, texnoloji avadanlıq; heyvandarlıq və yem istehsalı üçün maşın və avadanlıq istehsal olunur; xalq istehlakı mallarının istehsalı üzrə 300-dən çox sənaye müəssisəsi var. Ukraynanın yüksək inkişaf etmiş kənd təsərrüfatı regionudur, taxıl-çuğundur bitkiçiliyi, ətlik-südlük heyvandarlıq üzrə ixtisaslaşır. 539 kollektiv kənd təsərrüfatı müəssisəsi, 34 sovxoz və 555 fermer təsərrüfatı fəaliyyət göstərir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.