Çepkelyay
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çepkelyay (lit. Čepkeliai) — Litvanın cənubunda, Varen rayonu, Alitus qəzası ərazisində yerləşən qoruq ərazisi. Belarus sərhədinə yaxın, Cukiy Milli Parkında, Marsikonis kəndindən 4 km cənub-şərqdə yerləşir. Eyni adlı bataqlıq ərazisini əhatə edən, 1993-cü il avqustun 20-dən etibarən Ramsar Konvensiyası ilə qorunan, Natura 2000 təbii mühitin mühafizəsi zonalarına daxil olan ərazi[1]. Qoruq 1976-cı ildə təşkil edilmişdir.
Qoruq ilə ramsar sahəsinin ərazisi üst-üstə düşür. Onların sahəsi 112 km²-dən bir qədər artıqdır. Bu ərazidə Çepkelyay (5858 km²) və Paslatike (9,66 km²) bataqlıqları ölkənin iri su-bataqlıq massivini əmələ gətirir. Neman çayının hövzəsində yerləşir. Ərazisinin böyük hissəsini yuxarı bataqlıq əhatə edir ki, burada da meşəli kontinental dyunlar yerləşir. Aşağı bataqlıq isə qumlu düzənlikdən və Kotra çayının vadisindən ibarətdir. Bu çayın sol sahilidə Belarus ərazisində xüsusi qoruma altındadır. 2010-cu ildən isə transsərhəd ramsar su-batqlıq sahəsi elan edilmişdir[1].
Qoruq ərazisində Latviyanın qırmızı kitabına düşmüş 55 növ bitki, 10 növ mamır və göbələk, 94 növ heyvan yayılmışdır. Burada yayılmış növlərin 65-i 1992-ci ildə tərtib edilmiş və Avropanın səviyyəsində növlərin mühafizəsini tənzimləyən Habitats Direktivində var.
Qoruğu ziyarət edənlərin sayı il ərzində 2-3 min nəfər təşkil edir. Qoruq ərazisində ancaq xüsusi olaraq tərtib edilmiş maşrutlar üzrə hərəkət etmək olar. Əraziyə sərbəst giriş elmi tədqiqatçılar, eləcə də yerli sakinlər üçün 10 gün ərzində giləmeyvə toplanması zamanı mümkündür[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.