SSRİ dövlət təhlükəsizlik təşkilatlarının təsirini təsvir edən termin From Wikipedia, the free encyclopedia
Çekizm (rus. Чекизм; ilk sovet məxfi polis təşkilatı olan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası üçün istifadə olunan "çeka" sözündən)[1][lower-alpha 1] — SSRİ-də məxfi polisin cəmiyyətin bütün sahələrə güclü nəzarət etdiyi vəziyyəti təsvir edən termin.[2][3] Bu, həm də indiki Kreml hakimiyyətini tənqid edənlər tərəfindən müasir Rusiyada hüquq-mühafizə orqanlarının istifadə etdiyi gücü təsvir etmək üçün istifadə olunur.
Çekizm Feliks Dzerjinski tərəfindən on ildən çox müddət ərzində tətbiq edilən və inkişaf etdirilən təhlükəsizlik polisindəki inanclar, təcrübələr və fərziyyələr toplusunun məhsulu kimi təsvir edilir. Onun yerləşdirdiyi sistemlər siyasi terroru qanuniləşdirən və romantikləşdirən konsepsiyanın sakrallaşdırılmasına gətirib çıxarmışdır.[4] Əbdurrəhman Avtorxanov sovet cəmiyyətinin dayağı kimi məxfi siyasi polis ideyasını irəli sürmüşdür.[5]
Çekizm çeka mentalitetinin qondarma fəzilətlərinə əsaslanan bir kult formasına çevrilmişdi. Albatsın sözlərinə görə, Lavrenti Beriya, Yuri Andropov və Vladimir Kryuçkov da daxil olmaqla, əksər KQB rəhbərləri həmişə Kommunist Partiyası ilə hakimiyyət uğrunda mübarizə aparmış, zahiri kommunist liderləri manipulyasiya etmişdilər.[6] Çekizmin sakrallaşdırılması Dzerjinski kimi liderlərə məxfi polis üzvləri ilə xüsusi münasibət qurmağa imkan vermiş, eyni zamanda partiya qurucularının başqalığını təbliğ etmişdir.[4]
Rusiya Dumasının keçmiş üzvü Konstantin Borovoya görə, "Putinin təyinatı DTK-nin hakimiyyət uğrunda səlib yürüşünün kulminasiya nöqtəsidir. Bu onun finalıdır. İndi ölkəni DTK idarə edir".[7] Moskvada yerləşən "Center for the Study of Elites"in direktoru Olqa Krıştanovskaya müəyyən etmişdir ki, Rusiyada 1,016 aparıcı siyasi xadimdən 78%-ə qədəri əvvəllər DTK və ya FTX-yə bağlı təşkilatlarda xidmət etmişdir.[8]
Bəzi müşahidəçilər qeyd etmişdir ki, Rusiyanın indiki dövlət təhlükəsizlik təşkilatı olan FTX DTK-dan daha güclüdür, çünki bu qurum DTK kimi Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərmir.[8] Üstəlik, FTX rəhbərliyi və onların tərəfdaşları ölkədəki ən mühüm iqtisadi aktivlərə sahibdirlər və Rusiya hökumətinə, Dövlət Dumasına nəzarət edirlər.[9]
Politoloq Stanislav Belkovski çekizmi aqressiv antiamerikanizmi özündə birləşdirən "imperiya ideologiyası" olaraq təyin etmişdir.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.