Çeildağ əməliyyatı — 31 dekabr 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı Ağcabədi rayonu istiqamətində başladılan hərbi hücum əməliyyatı.
Cəld faktlar Tarix, Yeri ...
Bağla
"Çeildağ" əməliyyatı dekabrın 30-dan 31-nə keçən gecə həyata keçirilməsi planlaşdırılırdı, lakin Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınmışdır. Nəticədə Ermənistan tərəfi əməliyyatın detalları haqqında ətraflı məlumat əldə etmiş, əməliyyat həyata keçiriləndə isə Azərbaycan hərbçilərini tələyə salmışdır. Baş tutan döyüşlər nəticəsində 82 nəfər hərbçi şəhid olmuş və ya itkin düşmüşdür.
Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Aleksandr Vasyak və digərləri "Çeildağ" əməliyyatının uğursuzluğunda polkovnik-leytenant Talıb Məmmədovun məsuliyyət daşığını iddia etmişdir. Talıb Məmmədov ardınca həbs edilmiş, lakin Hərbi Prokurorluğun Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev bu iddiaların yanlış olduğunu ifşa etmiş və onun həbsdən azad edilməsinə nail olmuşdur.