Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası[lower-alpha 1][lower-alpha 2] və ya Çeçen-İnquş MSSRRusiya SFSR-yə daxil olan muxtar respublika. Paytaxtı Qroznı şəhəriydi.

Cəld faktlar Paytaxt, Ərazisi ...
Tarixi dövlət
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası
inquş Нохч-ГӀалгӀай Автономе Советий Социализма Республика
Thumb Thumb
Bayraq Gerb
Thumb

Paytaxt Qroznı
Ərazisi
  • 19.300 km²
Əhalisi
  • 1.275.513 nəf. (1989)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

1989-cu il siyahıyaalmasına görə respublikanın ərazisi 19.300 km² , əhalisi isə 1.275.513 nəfərdir: 734,500 çeçen, 163,800 inquş, qalanları rus və digər etnik qruplardır.[2]

Tarixi

border=none Əsas məqalə: Çeçenistan tarixi
border=none Əsas məqalə: İnquşetiya tarixi

Rusiya İmperiyası

1810-cu ildə İnquşetiya könüllü olaraq Rusiya İmperiyasının tərkibinə qatıldı. 1859-cu ildə tarixi Çeçenistan torpaqları da, uzun müddətli Qafqaz müharibəsi (1817-64) zamanı Rusiyaya ilhaq edildi.

Sovet dövrü

1917-ci il Rusiya inqilabından sonra, 20 yanvar 1921-ci ildə Çeçenistan və İnquşetiya Dağ Sovet Respublikasına qoşuldu. Dağ MSSR-nin parçalanması yarandıqdan qısa müddət sonra başladı və Çeçen rayonu 30 noyabr 1922-ci ildə Çeçen Muxtar Vilayəti olaraq ayrıldı. 7 iyul 1924-cü ildə Dağ MSSR-nin qalıqları Şimali Osetiya Muxtar Vilayətinə və İnquş Muxtar Vilayətinə bölündü. 15 yanvar 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri 5 dekabr 1936-cı ildə Çeçen-İnquş MSSR-də birləşdirildi.[3].

İkinci dünya müharibəsi

[⇨]

40.000 çeçenin Qızıl Orduda döyüşdü İkinci Dünya müharibəsi dövründə, 1942-43-cü illərdə respublika qismən Nasist Almaniya tərəfindən işğal edildi. 3 mart 1944-cü ildə İosif Stalinin əmri ilə işğalçılarla əməkdaşlıq və separatizm ittihamları ilə respublika ləğv edildi və əhalisi zorla deportasiya edildi. Bölgədəki yer adları ruslaşdırıldı, MSSR-nin ərazisi Stavropol diyarı (Qroznı dairəsinin yarandığı yer),[4] Dağıstan MSSR, Şimali Osetiya MSSRGürcüstan SSR arasında bölüşdürüldü.

Müharibədən sonra

9 yanvar 1957-ci ildə Nikita Xruşşov tərəfindən respublika bərpa edildi. Sürgündə olan çeçen və inquşlar öz torpaqlarına qayıda bildilər.[5][6]

1990-cı ilin noyabrında respublika öz suverenliyini elan etdi.[7] 1991-ci ilin mayında müstəqil Çeçen-İnquş Respublikası təsis edilsə də,[8] sonradan müstəqil Çeçenistan Respublikasıİnquşetiya Respublikası olaraq bölündü.[9]. Bu gün hər ikisi Rusiyanın federal subyektləridir.

Əhali

Çeçen-İnquş MSSR-nin əhali sayı müxtəlif onilliklərdə:

Əlavə məlumat İl, Əhali, nəf. ...
İlƏhali, nəf.Tarix
1939697 009[10]1939 siyahıyaalınması
1959710 424[11]1959 siyahıyaalınması
19701 064 471[12]1970 siyahıyaalınması
19791 153 450[13]1979 siyahıyaalınması
19891 275 513[2]1989 siyahıyaalınması
Bağla

Çeçen-İnquş MSSR-nin milli tərkibi:[14]

Əlavə məlumat Millət, 1959, min. nəf. ...
Millət 1959, min. nəf.[15] 1970, min. nəf.[16] 1979, min. nəf.[17] 1989, min. nəf.[18]
çeçenlər 244,0 (34,3 %) 508,9 (47,8 %) 611,4 (52,9 %) 734,5 (57,8 %)
ruslar 348,3 (49,0 %) 367,0 (34,5 %) 336,0 (29,1 %) 293,8 (23,1 %)
inquşlar 48,3 (6,8 %) 113,7 (12,0 %) 134,7 (11,7 %) 163,8 (12,9 %)
ermənilər 13,2 (1,9 %) 14,5 (1,4 %) 14,6 (1,3 %) 14,8 (1,2 %)
ukraynalılar 13,7 (1,9 %) 12,7 (1,2 %) 12,0 (1,0 %) 12,6 (1,0 %)
Bağla

Həmçinin bax

Qeydlər

  1. çeç. Нохч-ГІалгІайн Автономнин Советски Социалистически Республика, translit. Noxç-Ġalġayn Avtonomnin Sovetski Socialistiçeski Respublika
  2. rus. Чече́но-Ингу́шская Автономная Советская Социалистическая Республика, translit. Čečeno-Ingušskaja Avtonomnaja Sovetskaja Socialističeskaja Respublika

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.