Çakreşvari-Siva məbədi
Hindistanda hindu məbədi / From Wikipedia, the free encyclopedia
Çakreşvari-Siva (hind. चक्रेश्वरी शिव, oriya ଚକ୍ରେଶ୍ଵରୀ ଶିବ) — Hindistanın Orissa ştatının Bhubaneşvar şəhərində yerləşən hindu məbədi. Məbəd X–XI əsrlərdə tikilən məbəd, hindu tanrısı Şivaya həsr olunmuşdur. Məbud linqam məbədin içərisində, dairəvi bir yoni-pithada yerləşir. Məbəd şəxsi yaşayış tikililəri ilə əhatə olunmuşdur. Məbəd böyük əhəmiyyət kəsb edir. Buna görə də, Sivaratri, Divali və Sankranti kimi müxtəlif rituallar burada müşahidə olunur. Məbəd həmçinin, Rudrabhiseka və Çandrabhiseka mərasimləri üçün müqəddəs bir yerdir.[1]