![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5d/%25C2%25AB%25D4%25B2%25D5%25BC%25D5%25AB_%25D5%25A5%25D5%25B2%25D6%2581%25D5%25AB%25C2%25BB_%25D5%25BE%25D5%25A1%25D5%25B6%25D5%25A1%25D5%25AF%25D5%25A1%25D5%25B6_%25D5%25B0%25D5%25A1%25D5%25B4%25D5%25A1%25D5%25AC%25D5%25AB%25D6%2580.jpg/640px-%25C2%25AB%25D4%25B2%25D5%25BC%25D5%25AB_%25D5%25A5%25D5%25B2%25D6%2581%25D5%25AB%25C2%25BB_%25D5%25BE%25D5%25A1%25D5%25B6%25D5%25A1%25D5%25AF%25D5%25A1%25D5%25B6_%25D5%25B0%25D5%25A1%25D5%25B4%25D5%25A1%25D5%25AC%25D5%25AB%25D6%2580.jpg&w=640&q=50)
Çörəkli
From Wikipedia, the free encyclopedia
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Çörəkli | |
---|---|
![]() | |
39°50′41″ şm. e. 46°57′27″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 892 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
| |
![]() |
Bağla