"Balta Mika" Milli Parkı
From Wikipedia, the free encyclopedia
"Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park. Milli park Breila judetsi ərazisində yerləşir. Əsasən su-bataqlıq əraziləri əhatə edir. Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır. Dunayın mənsəbindən 62 km qərbdədir. Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır. "Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var.[2] Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir.