"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalıAzərbaycan Respublikasının dövlət mükafatı[2].

Cəld faktlar Ölkə, Tip ...
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı
Thumb
Thumb

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Status verilmir
Statistika
Təsis tarixi 1 oktyabr 2012
Ardıcıllıq
Yüksək mükafat "Tərəqqi" medalı[1]
Aşağı mükafat "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı[1]
Bağla

Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]

1. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır.

3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.

4. Bütün yazılar və təsvirlər qabarıqdır.

5. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.

6. Xara lentin üzərində ardıcıl sıralanan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir.

7. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37mm x 10mm ölçüdə qəlib əlavə edilir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.