Nistaqm
From Wikipedia, the free encyclopedia
Nistaqm (yun. nystagmos — mürgü, mürgüləmə) — göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkəti.
Cəld faktlar XBT-10, XBT-9 ...
Nistaqm | |
---|---|
XBT-10 | H55., H81.4 |
XBT-9 | 379.50, 794.14 |
DiseasesDB | 23470 |
MedlinePlus | 003037 |
MeSH | D009759 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Sağlam adamlarda da, məsələn, kresloda fırlandıqda, hərəkətdə olan qatara baxdıqda və s. ola bilər. Vestibulyar aparatın (labirintin), dəhliz-ilbiz sinirinin zədələnmələrindən, görmə itiliyinin anadangəlmə zəifliyindən və s.-dən patoloji nistaqm baş verir. Fizioloji nistaqm göz almasını tez-tez yana çevirdikdə, qulağı soyuq, yaxud ilıq su ilə yuduqda olur.