Şöhrət xiyabanı (Hollivud)
From Wikipedia, the free encyclopedia
Hollivudun "Şöhrət xiyabanı" (ing. Hollywood Walk of Fame) — Hollivud bulvarında və Vayn küçəsinin üç məhəlləsində küçənin hər iki trotuarı boyunca 15 məhəllədə yerləşən əyləncə sənayesinin nailiyyətlərinin daimi və ictimai abidəsi kimi çıxış edir. 2500-dən çox beşbucaqlı mis Ulduz trotuarın 6 futluq (1,8 m) plitələrində həkk edilmişdir. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhvələrinə görə ulduzları həkk olunmuşdur. "Şöhrət xiyabanını" Hollivud ticarət palatası idarə eləyir, Hollywood Historic Trust isə onu maliyyələşdirir.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Aparılan tədqiqatlara görə, hər il Hollivudda yerləşən "Şöhrət xiyabanına" 10 milyondan çox insan baş çəkir. Bu həmçinin turizmin inkişafında çox böyük rol oynayır.