Zayon Milli Parkı
From Wikipedia, the free encyclopedia
Zayon Milli Parkı (ing. Zion National Park) — cənub-qərbi ABŞ-də, Yuta ştatının Sprinqdeyl şəhərinin yaxınlığında yerləşən milli park. Milli parkın əsas tanınan yerləri 24 km uzunluğunda və yarısı 800 metr dərinliyində olan Zaton kanyonu ilə Virgin çayı tərəfindən yaradılmış qırmızı rəngli Navaxo qumdaşıdır. Milli parkın ən alçaq yeri Koalpits Uaş (1.117 m), ən hündür yeri isə Horses Ranço dağıdır (2.660 m). Zayon Milli Parkı Kolorado platformasının, Böyük Hövzənin və Moxave səhrasının qovşağında yerləşir. Parkın inanılmaz geologiyası və həyat zonalarının çoxluğu burada qeyri-adi heyvan və bitki növlərinin yayılmasına imkan vermişdir. Milli parkda 289 növ quş, 75 növ məməli məməli (19-u yarasa) və 32 növ sürünən qeydə alınmışdır. Milli parkda 4 ekosistem mövcuddur: səhra, sahilyanı, meşə və ağaclıq. Zion Milli Parkı dağlara, kanyonlara, monolitlərə, çaylara, mağaralara, tağlara ev sahibliyi edir.
Zayon Milli Parkı | |
---|---|
ing. Zion National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 59.326 ha |
Yaradılma tarixi | 19 noyabr 1919 |
Ziyarətçi sayı |
|
İdarəetmə orqanı | ABŞ Milli Park Xidməti |
Dağ | Horses Ranço dağı |
Faunası | 289 növ quş, 75 növ məməli məməli (19-u yarasa) və 32 növ sürünən |
Yerləşməsi | |
37°12′09″ şm. e. 112°59′16″ q. u. | |
Ölkə | ABŞ |
Əyalət | Yuta |
Rayon | Qorqudeli |
Yaxın şəhər | Sprinqdeyl |
nps.gov/zion/index.htm | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazidə ilk məskunlaşma 8.000 il əvvəl yerli amerikalılar tərəfindən olmuşdur. Yarı-köçəri Səbətdüzəldən mədəniyyətinə aid olan Anasazi xalqı bu xalqlardan biri olmuşdur. Öz növbəsində Virgin Anasaziləri burada oturaq həyat sürürdülər. Fərqli qrup olan fremontlular da bu ərazilərdə yaşamışdırlar. Mormonlar bu əraziyə ilk dəfə 1858-ci ildə gəlmiş və ərazidə məskunlaşmağa başlamışdırlar. 1909-cu ildə kanyonu qorumaq məqsədi ilə ABŞ prezidenti Uilyam Taftın təsdiqi ilə bu ərazilər Mukuntuveap Milli Abidəsi elan olunmuşdur. Nəhayət 1918-ci ildə ərazinin adı Milli Park Xidməti tərəfindən dəyişdirilərək Mormonlar tərəfindən daha çox işlənən Zayon adı ilə əvəz olunmuşdur. Tarixçi Hal Rotmana görə: "Milli parkın adı qeyri-obyektiv dəyişdirilmişdir. Hindu adlarını tələffüz etmək ziyarətçilər üçün narahatlıq yaratdığından bu onların gəlişini əngəlləyə bilərdi. Nəticədə Zayon adı daha çox ziyarətçinin gəlişinə səbəb olmuşdur". 19 noyabr 1919-cu ildə isə ABŞ Konqresi bu əraziyə milli park statusu vermişdir. 1937-ci ildə milli parkın Kolob kanyonu bölməsini ayıraraq Zayon Milli Abidəsi yaradılacağı elan olunmuş, lakin həmin ərazi 1956-cı ilə qədər milli parkın tərkibində qalmışdır.
Zayon və Kolob kanyonlarının geologiyasına 9 geoloji quruluş daxildir və quruluş 150 milyon yaşındadır. Mezosoy dövrünə aiddirlər. Kolorado platforması ərazini 13 milyon il əvvəl 3.000 metr qaldırmışdır.