Yekaterina Mediçi
From Wikipedia, the free encyclopedia
Yekaterina Mediçi (it. Caterina de' Medici; fr. Catherine de Médicis) (d. 13 aprel 1519 – ö. 5 yanvar 1589) — Fransa kralı II Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda 3 Fransa kralının — II Fransisk, IX Karl və III Henrinin anasıdır.
Yekaterina Mediçi | |
---|---|
it. Caterina de' Medici | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1519[1] və ya 1519 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1589(1589-01-05)[3][1][…] və ya 1589 |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Sülalə | Mediçilər |
Həyat yoldaşı | |
Uşaqları | |
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Yekaterina 1519-cu ildə Florensiyada Urbino hersoqu Lorenzo Mediçi və xanımı Medlin La-tur-Davernin yeganə övladı olaraq dünyaya gəldi. 1533-cü ildə o, hələ 14 yaşında Yekaterina Fransa kralı I Fransiskin oğlu Henriylə evləndirildi. Onun bu evliliyi qohumu olan Roma papası VII Klement tərəfindən tərtib edilmişdi. 1547-ci ildə Fransa kralı olan əri II Henri onu dövlət işlərindən uzaq tumağa çalışsa da, onun 1559-cu ildə vəfatının ardından Yekaterina siyasi arenada təkbaşına qaldı. 15 yaşlı böyük oğlu II Fransisk taxta çıxarılsa da, bir il sonra vəfat etdi və Fransa taxtı digər oğlu IX Karla qaldı. Hələ 10 yaşında olan oğlu üçün 1563-cü ilədək kral naibəsi olaraq xidmət etdi. IX Karlın 1574-cü ildə vəfatının ardından Yekaterinanın ən kiçik oğlu olan III Henri Fransa kralı oldu. Yekaterina Mediçi ömrünün son illərinə qədər dövlət idarəsində söz sahibi oldu.
Yekaterinanın hər 3 oğlu da Fransada vətəndaş və din müharibələrinin yüksəldiyi bir dövrdə səltənət sürdülər. Monarxiyanın üzləşdiyi problemlər olduqca çətin olsa da, Yekaterina dövlət idarəsini hərbi nizama salaraq bunlarla mübarizə aparmağa çalışdı. İlk başda Fransada yüksəlməkdə olan hugenotlara və kalvinizm hərəkatına göz yumsa da, daha sonra ailəsinin Roma papasına və katolik kilsəsinə olan bağlılığı səbəbilə ölkədə onlara qarşı sərt tədbirlər aldı. Bunlardan ən dəhşətlisi isə, şübhəsiz ki, 1572-ci ildə baş tutan Varfolomey gecəsi qətliamı idi.