Yan Vermeerin rəsmlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Yan Vermeer (1632–1675) holland incəsənətinin Qızıl Dövr rəssamlarından biridir. Onun əsərlərinin əksəriyyəti dünyanın aparıcı muzeylərində saxlanılır. Vermeer karyerasına 1650-ci illərin əvvəllərində irimiqyaslı Bibliya və mifoloji səhnələr çəkərək başlamış, lakin sonrakı rəsmlərinin əksəriyyətində gündəlik həyatdan səhnələr təsvir edilmişdir. Rəssam həm də şəhər mənzərələri və alleqorik səhnələr çəkmişdir[2].
Onun populyarlığı onun mövzusundan daha çox mövzularını poetik şəkildə təsvir etməsindən və çox çətin bir həyat sürməsindən qaynaqlanır. Vermeerin 1660-cı illərdəki rəsmləri, ümumiyyətlə, 1670-ci illərdəki əsərlərindən daha populyardır: bəzilərinin nəzərində onun sonrakı işləri daha soyuqdur[3].
Onun əsərinin ilk tədqiqatçısı fransız jurnalisti və sənətşünası Teofil Torre-Bürger olub. 1850-ci illərdə o, 74 rəsm əsərini Yan Vermeerə aid etmişdir[4], lakin Torre-Burger bu rəsmlərin bir çoxunda yanılmışdır. Çünki o dövrdə holland rəssamlığı hələ sistemli şəkildə öyrənilməmişdi və orijinallığı müəyyən etmək üçün analitik üsul və üsullar az idi[5].
Bu gün 35 rəsm ona aid edilir, ikisi üzərində isə sual işarələri var[6][7][8]. Vermeerin rəsmlərinin müəllifliyinin tədqiqi və təsdiqi Hollandiyanın İncəsənət Tarixi İnstitutunun işi sayəsində mümkün olub. Bu təşkilat həm muzeylər, həm də akademiya və ictimaiyyət üçün beynəlxalq kontekstdə Hollandiya incəsənətinə dair tədqiqat nəticələrinə və məlumatlara dünya miqyasında çıxışı təmin edir[9].
Rəssamın ölümündən sonra onun adı iki əsr ərzində unudulub. 1860-cı ildə alman sənətşünası Qustav Fridrix Vaagen "Rəsm alleqoriyası" tablosunu Vermeerin əsəri adlandırdı və 1866-cı ildə fransız sənətşünası Teofil Torre-Bürger rəssamın əsərlərinin kataloqunu nəşr etdirdi və yayımladı. Kataloq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi və ustadın rəsmləri Avropa və ABŞ-da kolleksiyaçılar tərəfindən alınmağa başladı və dövlət kolleksiyalarında toplandı. Bundan sonra Yan Vermeer Rembrandt və Frans Hals ilə birlikdə Hollandiya rəssamlığının Qızıl Dövrünün titanı kimi tanındı. Rəssamın, demək olar ki, heç bir əsərinin dəqiq ərsəyə gətirilmə tarixi yoxdur, ona görə də yalnız təqribi illər müəyyən edilə bilir.