Yabanı çiyələklər (film, 1957)
From Wikipedia, the free encyclopedia
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir.
Yabanı çiyələklər | |
---|---|
isv. Smultronstället | |
Janr | Psixoloji dram |
Əsas mövzu | qocalıq[1], əzab[2], Nikah[2], Dərketmə[3] |
Rejissor | İnqmar Berqman |
Prodüser | Allan Ekelund |
Ssenari müəllifi | İnqmar Berqman |
Baş rollarda | Viktor Xöström, Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand |
Bəstəkar | Erik Nordqren |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1957, 26 dekabr 1957[4], 30 sentyabr 1958[4], 22 iyun 1959[4] |
Müddət | 91 dəqiqə |
Ölkə | İsveç |
Dil | İsveç dili |
İl | 1957 |
Rəng | ağ-qara[d] |
IMDb | ID0050986 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı.[5] İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir.[6]