Vikipediya:Kateqoriyalaşdırma
kateqoriya / From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 13 sentyabr — 28 sentyabr 2021-ci il.
- Qüvvədədir: 30 sentyabr 2021-ci il tarixindən.
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
|
Bu səhifə Vikipediya kateqoriyalaşdırma funksiyasından istifadə üçün təlimat xarakteri daşıyır. Funksiyanın mexanizmi üçün Kömək:Kateqoriya səhifəsinə baxın. Hər hansı kateqoriyaların qarışıq kateqoriyalaşdırılması zamanı və ya kütləvi şəkildə yeni kateqoriyalar yaradarkən bu səhifəyə baxın.
Kateqoriya sisteminin əsas məqsədi kateqoriyaların iyerarxiyası ilə Vikipediya səhifələrinə naviqasiya keçidləri təmin etməkdir. Bununla mövzu barədə müəyyən xarakteristikaları bilən oxucu həmin mövzuya aid səhifələr toplusunu tez tapa bilər.
Lakin kateqoriyalar istifadəçilərə əlaqəli səhifələri tapmağa kömək edən yeganə vasitə deyil. Siyahılar və naviqasiya qutuları da bənzər funksiyaya malikdir.