Və sonra biz rəqs etdik
From Wikipedia, the free encyclopedia
"Sonra biz rəqs etdik" (gürc. და ჩვენ ვიცეკვეთ) — 2019-cu ildə Levan Akinin rejissorluğu ilə çəkilmiş İsveç-Gürcüstan ortaq istehsalı olan dram filmidir. Filmdə əsas rolları Levan Gelbakiani, Baçi Valişvili və Ana Cavaxişvili canlandırmışlar.
Sonra biz rəqs etdik | |
---|---|
gürc. და ჩვენ ვიცეკვეთ | |
Janr | dram filmi, LGBT mövzulu film[d] |
Əsas mövzu | Gürcüstan xalq rəqsləri[1], emansipasiya[2], Eşqə düşmə[2], Hirs[d][1], mühafizəkarlıq[3], Maskulanlıq[3], Gürcüstan mədəniyyəti[3] |
Rejissor | Levan Akin |
Prodüser | Lüdviq Andersson |
Ssenari müəllifi | Levan Akin |
Baş rollarda |
Levan Gelbakiani Baçi Valişvili Ana Cavaxişvili |
Operator | Lisabi Fridell |
Bəstəkar | Zviad Mqebri |
İstehsalçı | French Quarter Film |
İlk baxış tarixi |
16 may, 2019 (Kann kinofestivalı) 13 sentyabr 2019 (İsveç) 9 noyabr 2019 (Gürcüstan)[4] |
Müddət | 105 dəq. |
Ölkələr |
İsveç Gürcüstan |
Dil | gürcü dili |
İl | 2019 |
Rəng | 105 dəq. |
IMDb | ID8963708 |
Film, Gürcüstan Milli Rəqslər Ansamblının solistləri olan Merab və İrakli arasındakı rəqib münasibətlərinin romantik sevgi hisslərinə çevrilməsindən bəhs edir.
Filmin premyerası 2019-cu ildə Kann kinofestivalı çərçivəsində keçirilən Rejissor ikihəftəliyində baş tutmuşdur.[5][6] İsveçdə filmin premyerası 13 sentyabr 2019-cu ildə, Gürcüstanda isə həmin ilin 9 noyabrında həyata keçirilmişdir. Gürcüstanda filmin premyerası homofobik qüvvələrin nümayişləri və asayişi pozmaq cəhdləri ilə müşayət olunmuşdur.
Film 92-ci Oskar mükafatlarında "Ən yaxşı xarici film" nominasiyasında İsveçi təmsil etmək üçün seçilmişdir.[7][8]